DÜŞKÜNsif. 1. Xoşbəxtliyini, rifahını itirmiş, yazıq, bədbəxt, zavallı. Düşkün halın sitəmkara deməyin; Yalvarıbən varə-varə deməyin. Aşıq Həsən. Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu pək düşkün. A.Səhhət.
// Ruhdan düşmüş, naümid, məyus, kədərli. Anar o dəmləri mən şimdi müztərib, düşkün; Kəmali-yəslə tiflanə ahüzar edərəm. H.Cavid. Doğrudan da qız çox düşkün və kədərli idi. M.İbrahimov. Zəif, cansız, əldən düşmüş, üzgün, xəstə. Tərlanım, tərlanım, gözəl tərlanım; Sənə qurban olsun bu düşkün canım. S.Vurğun. // Qoca, ahıl. is. Mübtəla, düçar. Qadın düşkünü. Şəhvət düşkünü. Qumar düşkünü. - Sinfə girdiyi zaman içki düşkünü olan Nikolay Petroviçi spirt qoxusu tamamilə sərxoş etdi. Şaiq. // Bir şeyin hərisi olan, həddən artıq bir şeyin aludəsi olan. Rəyasət düşkünü. Böyük vəzifə düşkünü. // Vurğun, aşiq. Nə olur danmaqdan, daldalanmaqdan; Düşkününəm aləm-aşikar sənin. Q.Zakir. Səhər-səhər durub qıya baxanda; Düşkünüyəm mən o ala gözlərin. Aşıq Məhəmməd. Əkbər elm adamı, kitab düşkünü də deyildi. Mir Cəlal. Mənən düşmüş, rəzil, alçaq. Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idİ. Ə.Vəliyev. Yoxsullaşmış, kasıblaşmış, yoxsul, kasıb. // Yazıq, fəqir, binəva. // İs. mənasında. [Kərəm:] Kərəm eylə, bircə yapış əlimdən; Yetir muradına sən də düşkünü! “Əsli və Kərəm”. Paylaşın - Hamı bilsin
|