DƏYİŞİKLİKis. Başqa şəklə (hala) düşmə, başqalaşma, başqalıq; təbəddülat. Xəstənin vəziyyətində dəyişiklik görünür. Cəbhədə heç bir dəyişiklik yoxdur. Temperatur dəyişikliyi. - Mühitimdə gördüyüm şeylərin adlarını, onlarda əmələ gələn dəyişiklikləri yenə də [Tağı əmidən] öyrəndim. S.S.Axundov. Müdirin üzündə heç bir dəyişiklik yox idi. Ə.Vəliyev. [Elçin:] Kim düşünə bilər ki, bizim proyektdə bu qədər dəyişiklik ola bilər? Z.Xəlil.
// Yenilik, yeni hal, yeni vəziyyət; dönüş. İşdə dəyişiklik yaratmaq. [Günəşin] yaradan əlləri kiçik, alçaq otaqların quruluşunda .. böyük bir dəyişiklik əmələ gətirmişdi. A.Şaiq. Xədicənin halında bir dəyişiklik vardı. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|