DƏYİŞMƏKf: 1. B ax dəyişdirmək 1-ci mənada. [Əli:] İmanımız haqqı, mən [Gülnazı] bir xəzinəyə dəyişmərəm, kişi!.. M.İbrahimov.
Başqa şəklə və ya başqa hala düşmək, başqalaşmaq, başqa cür olmaq, təbəddülata uğramaq. Onun xasiyyəti tamamilə dəyişmişdir. Hava dəyişir. - Murad özünü aldatmışdı: nə evini, nə çocuqlarını, nə də Nigarını kənddə olarkən xəyalında təsəvvür etdiyi kimi görmədi. Onlar beş ilin zərfində dəyişmişdilər. S.Hüseyn. Elə ki Dürdanə gənc ana oldu; Dəyişib başqa bir Dürdanə oldu. M.Rahim. Birini buraxıb, o birinə keçmək. Yerini dəyişmək. Vəzifəsini dəyişmək. Paylaşın - Hamı bilsin
|