
DƏYİŞKƏNsif. Çox dəyişən, tez-tez dəyişən, dəyişməyə qabil olan, sabit olmayan. Dəyişkən rəng. Dəyişkən hava. Dəyişkən xasiyyət. - Melodiyanı təşkil edən bu zil və bəm səslərin .. bəziləri dəyişkən və dayanıqsız olur. Ə.Bədəlbəyli. Hibrid orqanizmlər daha dəyişkən olur. M.Axundov.
Paylaşın - Hamı bilsin
|