DƏYİRMİsif. 1. Dairə şəklində olan; dairəvi, girdə, yuvarlaq. Üzün ağ, dəyirmi, gözün məstanə; Baxışın bağrımı döndərdi qanə. M.P.Vaqif. Xanım dəsmalını çıxarıb ağ dəyirmi üzünü sildi, saçlarını düzəltdi... Çəmənzəminli. Kəniz Həlimə içəri girib dəyirmi stolun üstünə təmiz süfrə saldı. Ə.Abasov.
2. Yumru, yuvarlaq. Dəyirmi şamama, qarpız. Paylaşın - Hamı bilsin
|