DONQULDANMAQf 1. Narazı halda öz-özünə, yavaşcadan anlaşılmaz sözlər danışmaq; deyinmək, narazılıq izhar etmək. ..O arvaddan həzər etmək ki, sübhdən-axşamacan dodağının altında həmişə donquldana. N.Vəzirov. Allahqulu donquldana-donquldana (z.) qapıdan çıxdı. Çəmənzəminli.
// məc. kin. Ala-babat, pis danışmaq mənasında. Modabaz və meşşan qadınlardan bəhs edən ədib deyir ki, əlbəttə, belə anaların tərbiyə etdiyi uşaqlar.. firəngcə donquldanacaqlar. M.Arif. 2. Heyvanlar haqqında: hirslənmə əlaməti olaraq yavaşcadan acıqlı səslər çıxarmaq; mırıldanmaq. Qaraca qız özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb mağaranın ağzında yatdı. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|