DONMUŞf.sif. 1. Buz halına gəlmiş, buz olmuş. Donmuş su.
// Donuq hala gəlmiş, soyuğun təsirinə məruz qalmış. Donmuş ət. Donmuş meyvə. // Buzla örtülmüş. Donmuş göl. Donmuş pəncərə. - Hələ xatirimdən heç getməmişdir; Donmuş çay üstündə seyrə çıxdığım. M.Rahim. Soyuğun təsirindən bərkləşmiş, qəliz (qatı) hala gəlmiş, kəsifləşmiş. Donmuş yağ. Paylaşın - Hamı bilsin
|