İzahlı lüğət

DONUQ

sif. 1. Donmuş, buzlaşmış, buz bağlamış.
// Bərk üşümüş.
Üstü donmuş kimi, tutqun, dumanlı; parıltısı, işıltısı olmayan, şəffaf olmayan, cilasız. Donuq şüşə. Lampanın donuq işığı.
Ay yorğun və solğun çöhrəsi ilə buludların arasında gah batır, gah çıxır, parlaq və donuq bir ziya saçırdı. Ə.Vəliyev.
məc. Göy, hissiz, duyğusuz, quru, ölgün. İki dizi üzərində dikələrək donuq və şübhəli baxışlarla məni süzdü. A.Şaiq. Eşqsiz yaşayan donuq bir insan; İçini qurd yemiş boş bir ağacdır. S.Vurğun.
məc. Hərəkətsiz, inkişafsız, tərəqqisiz bir vəziyyətdə qalan. Əsərdə həyatı donuq bir vəziyyətdə saxlayan ictimai münasibətlər tənqid edilir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed