DÜYÜNLÜsif. 1. Düyünü, ya düyünləri olan. İlanlar fışıldayır kol-koslar arasından; Ayağa dolaşan düyünlü kəndir kimi. S.Rüstəm.
Bir parçanın və s.-nin içinə qoyulub düyünlənmiş. Papağının içindən əsgiyə düyünlü açarları çıxardır. S.S.Axundov. məc. Dolaşıq, mürəkkəb, çətinliklərlə dolu. Ağbulaq kolxozu .. ölüm-dirimin düyünlü və döngəli yollarından keçib bu yüksəlişə çatmışdır. S.Rəhimov. məc. Dərdli, ürəyi dağlı. Bu növcavan ilqarında doğrudur; Dərd əlindən düyünlüdür, dağlıdır. (Qoşma). [Abbas:] Sevdiyim əyninə geyibdi ağı; Çəkibdi sinəmə düyünlü dağı. “Abbas və Gülgəz”. Telli deyir: dörd bir yanım bağlıdır; Sinəm üstü düyünlüdür, dağlıdır. “Qaçaq Nəbi”. Paylaşın - Hamı bilsin
|