
DÜZƏNis. Düz yer, düz, çöl. Mal-qara düzəndə gəzir. - Bu Lökbatan bir düzəndi; üstü lehməli; Onu abad etdi azad insanın əli. R.Rza. Yaşıl düzəndə bir kənd... Kirəmitli daxmalar... M.Rahim. Düzənlərdə göyərər; Yaşıl bağlar, meşələr. M.Seyidzadə.
Paylaşın - Hamı bilsin
|