DAĞINIQsif. 1. Uçuq, sökük; uçulmuş, sökülmüş; xaraba halına gəlmiş. [Tərlan] əvvəlcə məktəbin geniş həyətinə, sonra da dağınıq kənd evlərinə baxdı. M.Hüseyn. Dağınıq və uçuq evləri görərkən .. yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı.
Nizamsız halda tökülmüş, pərişan (saç və s. haqqında). Fəridə saçları dağınıq (z.) halda içəridən yüyürüb eyvana çıxır. Ə.Məmmədxanlı. Elə bil baharıma qar yağdırır bu baxış; Dağınıq saçlarını küləklərmi daramış?! Ə.Cəmil. Yığcam olmayan, qeyri-müəyyən, rabitəsiz, aydın olmayan, yayğın, uzun. [Dəli Səməd] başlardı öz-özünə dağınıq sözlər söyləməyə və söylədikcə də gah gülüb, gah da hirslənib qaşqabağını turşudardı. Çəmənzəminli. Qocanın fikri dağınıqdır. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|