
DAĞLI2sif. 1. Qızdırılmış dəmirlə damğa vurulmuş, damğası olan. Dağlı heyvan. Dağlı at.
2. məc. Adətən “sinəsi”, “ürəyi”, “qəlbi” sözləri ilə - çox dərdli, çox qəmli, çox mütəəssir, ürəyi yaralı. Ürəyi dağlı adam. - Qəribəm, ağlaram aləm içrə mən; Ciyəri eşq oduna dağlıyam mən. “Aşıq Qərib”. [Tamara:] Bir dustağam, qolum bağlı; Bir qəribəm, sinəm dağlı. S.Vurğun. Övlad sarıdan Murad kişinin ürəyi əvvəldən dağlı idi. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|