.....i_l_by_id_with_comments DAHİ sözünün izahı / DAHİ sözünün mənası

İzahlı lüğət

DAHİ

[ər.] 1. is. Xariqüladə ağıl və zəkaya malik olan şəxs. Azadeyi-küdurət idi səhni-asiman; Dahilərin xəyalı kimi təbdar idi. M.Hadi. Dahilər - hər sözü bir dağ, bir qala; Cahillər - dağıtmaq, yıxmaq “dahisi”. M.Araz.
// Sif. mənasında. Dahi rəhbər. Dahi sənətkar. Dahi yazıçı. Dahi kompozitor.
Görürəm dalğındır bu dahi şair; Elə bil canlıdır onun nəfəsi. S.Vurğun.
2. B ax dahiyanə. İndi hər vətəndaş düşünsün dərin; Gəlsin xatirinə dahi sözlərin. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....