İzahlı lüğət

DAĞLAMAQ

f 1. Qızdırılmış dəmirlə damğa vurmaq. Qoyunları dağlamaq. Atı dağlamaq. - Adamı ürəkdən, heyvanı budundan dağlarlar. (Ata. sözü).
məc. Yandırmaq. ..Şaxta qızmar bir dəmir kimi onu dağlayır. Ə.Məmmədxanlı.
məc. Adətən “ürəyini”, “sinəsini”, “qəlbini” sözləri ilə - çox bərk təsir etmək, yandırmaq, yaralamaq, dərd və kədər vermək. Qılınc çəkib mərd meydana varanda; Sinələr çal-çarpaz dağlayan mənəm. “Koroğlu”. Dağlar dağladı məni; Görən ağladı məni; Zəncir, buxov tab etməz; Zülfün bağladı məni. (Bayatı). [Heydər bəy:] Sona xanım, ürəyimi dağlama, çünki tablaşa bilmərəm, atı min, gedək! M.F.Axundzadə. Ey qoca bir qövmə ağlarkən gülən: Naləsilə xalqı dağlarkən gülən. A.Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed