İzahlı lüğət

DÖZMƏK

f 1. Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. - Soyuq dəmir çəkicə dözər. (Ata. sözü).
// Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif. Dözə bilməm tənhalığın qəhrinə. Q.Zakir. Hər möhnətə dözərəm; Sına məni, sına, yar! Əhdimizə inan, yar! R.Rza.
Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Belə şeylərə dözmək olmaz. - Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed