.....i_l_by_id_with_comments
DÖZÜLMƏZsif. Dözmək mümkün olmayan, dözülə bilməyən, dözülməsi çətin olan. Dözülməz vəziyyət. Dözülməz isti. Dözülməz hərəkət. Dözülməz söz. - Çoxları məyus oturmuşdu. Bu hal özü də geridə qalmağın nə dərəcədə ağır və dözülməz bir şey
olduğunu anlamağa kafi idi. M.Hüseyn. Bu ləngimələr Nəriman üçün dözülməz idi. Mir Cəlal. Gecə olmasına baxmayaraq, barjın anbarında dözülməz bir bürkü var idi. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|