
DÖYÜŞKƏNsif. 1. Davakar, vuruşqan, savaşqan. Döyüşkən adam. Döyüşkən xoruz.
[Səttar:] Özü arıq bir oğlandır. Amma bilirsən necə döyüşkəndir? P.Makulu. 2. məc. Mübariz, qorxmaz, cəsarətli. [Dilbər:] Sizi isə, Gülüş, indi mən çox gözəl anlayıram. Mən də qorxaq deyiləm, yaman da döyüşkənəm. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|