
DİRİJOR[fr.] Orkestri, xoru, opera, ya balet tamaşasını idarə edən şəxs. Balet dirijoru. Orkestr dirijoru. - Səbri dirijor çubuğunu yuxarı qaldırarkən salon kiridi, alqış dərin və mənalı bir sükuta çevrildi. M.Hüseyn. Davud əllərini kənara açıb, dirijor kimi işarə verəndə oturanların hamısı dilləndi. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|