İzahlı lüğət

DURĞUN1

sif. 1. Hərəkətsiz, sakit. Durğun hava. - Gecə olduqca sakit və durğun idi. M.S.Ordubadi. Yaz səhərinin sərin, təmiz, durğun havasında telefon elə cingildəyirdi, deyərsən, mis tiyana çaşnı tökürlər. Mir Cəlal. Balaca bir külək əsən kimi milyonlarca yarpaqlar xışıldayaraq durğun yay havasını sərinləşdirirdi. S.Şamilov.
// Göz, baxış haqqında. Titrək, durğun gözlərindən; Sıcaq incilər damardı.. A.İldırım.
2. Axmayan, axarı olmayan, bir yerdə duran. 0ux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed