İzahlı lüğət

DURĞUNLUQ

is. 1. Durğun şeyin halı; hərəkətsizlik, hərəkət etməmə. [Turxan bəy:] Hər duruşunda, hər baxışında bir durğunluq var. H.Cavid. İndi [Qısanın] simasında intihara qərar vermiş kimi, küt bir durğunluq vardı. Mir Cəlal.
2. məc. İctimai həyatda, mədəniyyətdə, təsərrüfatda və s.-də inkişafsızlıq, hərəkətsizlik. C.Məmmədquluzadə fikri durğunluq, gerilik, cəhalət tüstüsünün xalq üçün yaratdığı qorxudan həyəcanlı danışaraq əlac etməyə çağırırdı. M.İbrahimov. Cəfər Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir durğunluq əmələ gəldi. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DOK

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed