
DURĞUZMAQf 1. Ayağa qaldırmaq, yerindən qaldırmaq.
// Yerindən qalxmağa (durmağa) məcbur etmək. Başqasını durğuzub yerində oturmaq. - Mansur onu durğuzub aparmaq istədisə də, Sitarə mane olub oturdu. C.Cabbarlı. Yuxudan oyatmaq. Uşaqları erkən durğuzdular. - Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət. [Qulu dedi:] ..Gərəkgedib Əliqulu əmini durğuzam ki, gəlib .. [oğrunu] tüfəngləsin. S.S.Axundov. [Pristav dedi:] Durğuzun bu kafr oğlunu! Ə.Haqverdiyev. □□ Üzünə durguzmaq - əleyhinə qaldırmaq. [Şah:] Əgər xahiş edə, qoşunun hamısım mənim üzümə durğuza bilər. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|