
DURNAGÖZ(LÜ) sif. şair. 1. Gözəl, aydın gözləri olan. [Gülsənəm:] Kəndimizdəki durnagözlü qızları ürkütməklə saymaq olmur. M.Hüseyn.
2. məc. Təmiz, saf, dumduru mənasında. Çox keçmişəm bu dağlardan; Durnagözlü bulaqlardan. S.Vurğun. Cənub tərəfdə durnagözlü duru və soyuq bulaqların şırıltısı insanı valeh edirdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|