İzahlı lüğət

DURBİN

[fars.] 1. is. Uzaq şeyləri görmək üçün iki paralel müşahidə borucuğundan ibarət, əldə tutulan optik cihaz; binokl. Bir də gördüm,.. səyahətçi libasında bir şəxs durbin ilə qayanın döşündəki köhnə imarətə baxır. S.S.Axundov. Qaçaqlar durbini tutub gözünə; Baxırdı Turqutun geniş düzünə.
K.Sanılı. Öndəki zabit durbinlə sahildəkilərə, o tayda, yarğanın qaşında oturub köçü gözləyənlərə baxdı. İ.Şıxlı.
2. sif klas. Uzaqgörən. Doğrusu, İnmirə məhəlləsinin camaatı durbin camaat idi. N.Nərimanov. Özünüz, şükür, durbin adamsınız. Mir Cəlal. Dəsturov katib təyin olunmuşdu. Bu adam çox durbin olduğundan, bəy zümrəsinə düşənlərin hamısının xüsusi bir siyahısını tutub özündə saxlayırdı. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed