
DUAÇIis. köhn. Dua edən, birinə yaxşılıq, uzun ömür, səadət arzu edən adam. Borclunun duaçısı alacaqlıdır. (Ata. sözü). Duaçınam, salma məni nəzərdən; Əskik olmayasan sənadan, Pəri! M.P.Vaqif. [Xudayar bəy:] Bəlı, qazı ağa, əgər işi bir təhərnən yoluna qoysanız, biz sizə, duaçı olarıq. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|