DAĞ2[fars.] 1. is. Damğa, qızdırılmış dəmirlə qoyulmuş iz.
□ Dağ basmaq - qızdırılmış dəmirlə bədənə damğa basmaq. sif. Qaynamaqda olan, qaynar. Saleh dağ sudan çaynikə alıb, onu çalxadı. M.İbrahimov. Gör bu çayniki vağzalda dağ su ilə doldura bilərsənmi? Mir Cəlal. Dağ eləmək - Sonadək əridilən şey. O, yağ gətirdi, dağ elədi, bir azdan da bal töküb, [halva] hazır etməyə başladı. S.Rəhimov. Dağ olmaq - qızmaq, ərimək. Dağ olmuş yağın gözəl qoxusu bütün ev-eşiyi bürüməkdə idi. Ə.Vəliyev. is. məc. Ağır dərd, qəm, kədər, qüssə, ürək yarası. Ayrılıq dağı. Övlad dağı. - Əzizim, qardaş dağı; Qaf dağı, qardaş dağı; Hər dağ olsa, çəkilər; Çəkilməz qardaş dağı. (Bayatı). Vidadi xəstəyəm, ey gözüm sağı! Artıbdır sinəmin düyünü, dağı. M.V.Vidadi. Nə yaman dağ imiş oğul dağı. X.Natəvan. // Şiddətli təsir. □□ Dağ basmaq (bədəninə, ciyərinə, ürəyinə və s.) məc. - b ax dağlamaq 3-cü mənada. [Fatma xanım:] Ey yeri-göyü yox yerdən yaradan Allah! Məni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı əlimdən alıbsan, mənim ciyərimə dağ basıbsan! C.Məmmədquluzadə. Ağadır, xozeyindir, qəbul; daha mənim canıma dağ basmağa nə haqqı var? Mir Cəlal. Dağ qoymaq, dağ çəkmək b ax dağ basmaq. Bivəfa yar sinəmə; Dağı çəkib dağ üstdən. (Bayatı). [Saranın] ölümü mənim sinəmə dağ çəkdi. C.Cabbarlı. Sədəfin ölümü ürəyimə çal-çarpaz dağ çəkdi. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|