İzahlı lüğət

DADMAQ

f 1. Dadını, tamını bilmək üçün bir az yemək və ya içmək. - Dadmaqla mal tükənməz. (Ata. sözü). [Xanmirzə bəy:] Sən məzhəbin haqqı, bu şərablardan bir az dad. N.Vəzirov.
// Ümumiyyətlə yemək, ya içmək. Axşam azanı deyilən kimi mömin müsəlman bilmir ki, nəyə əl uzatsın; çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə.
Müəyyən dad, tam vermək. Şirin dadmaq. Acı dadmaq. Turş dadmaq.
məc. Sınamaq, təcrübə etmək, hiss etmək, duymaq. Qoy nakam getməsin dünyadan o qız; Dadsın hər arzunun yüz nemətini. S.Vurğun. Narıngül isə ağır və acı dövranın müqabilində artıq bəxtəvər həyatın meyvələrini dadmışdı. Ə.Vəliyev.
// məc. Çəkmək, düçar olmaq, məruz qalmaq, görmək, keçirmək, Başına gəlmək. Həyatın acılığını dadmaq.
məc. Qanmaq, anlamaq, başa düşmək, duymaq. Əsgərin ağlı koxanın danışığından bir şey dadmadı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed