
DEYİŞMƏis. 1. Mübahisə, sözləşmə, söyüşmə, höcətləşmə, dalaşma. Bu vaxta qədər sükut ilə iki qardaşın çəkişmə və deyişməsini gözləyən Əlisəfa, nəhayət, dilə gəldi.
Şaiq. Raya [Əminə və qoçunun] arasında deyişmə olduğunu gördü. M.S.Ordubadi. 2. folk. Aşıqlar arasında yarış və müsabiqə mahiyyətində olan şeirləşmə. Aşıqların deyişməsi. Paylaşın - Hamı bilsin
|