DƏBis. [ər.] Xalq arasında yayılmış adət, ənənə. Köhnə dəbdə layla demək köhnəlib artıq; Bəs neyləyək? M.Araz. Bilirəm, əziz tutub babaların dəbini. Unutmayıb Babəkin o döyüş məktəbini. R.Rza.
// Moda. [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don geymişdi. M.Hüseyn. Dəb düşmək - ümumi adət və vərdiş halını almaq, moda olmaq. [Tahirzadə:] Məsmə bacı, indi bu çox dəb düşən sözdür. Mir Cəlal. Dəb salmaq (gətirmək) - olmayan bir şeyi xalq arasında yaymaq, adət halına salmaq. Köhnə kəndə təzə dəb salmaq (gətirmək). (Məsəl). [Cahan:] O gün ola, balam, toy edəsən, qız alasan; Evlənmək işini aramıza dəb salasan. Ü.Hacıbəyov. Dəbdən düşmək (çıxmaq) - adət halından çıxmaq; vaxtı keçdiyi, dövrü ötdüyü üçün daha işlənməmək, ortadan qalxmaq. Biz din və təriqətin dəbdən düşən, hörmət və etibarını itirən .. bir dövrdə dünyaya gəldik. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|