.....i_l_by_id_with_comments DEYİŞMƏK sözünün izahı / DEYİŞMƏK sözünün mənası

İzahlı lüğət

DEYİŞMƏK

qarş. 1. Bir-biri ilə mübahisə etmək, bir-biri ilə sözləşmək, höcətləşmək, söyüşmək. Onlar hər necə yarızarafat, yarıciddi deyişsələr də, əl-ələ verdilər, qabqacağı birlikdəyuyub-yığışdırdılar. S.Rəhimov. Atlılar kimin barəsində isə deyişirdilər. Mir Cəlal.
2. folk. Şeirlə yarışmaq. Aşıqlar deyişirlər.
..Meyxanaçılar meyxana deyişərlər, bəzən də aşıq gətirdib nağıl danışdırarlar. R.Əfəndiyev. Deyişəndə Hafizə vermir macal; Mən Valehəm ona qürrə, sən nəsən? Aşıq Valeh. Çox deyildir, bir az bundan irəli; Mirzəcanla deyişmişdir bir Pəri. Ə.Cavad.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....