
DƏBDƏBƏis. [ər.] Təmtəraq, təntənə, cah-calal, büsat. [Fəxrəddin:] Həyatdakı xəlifələr bu qədər cəlal və dəbdəbəyə malik olduqları halda, xəlifə namını ləkələyə biləcək bu vəziyyətin qarşısını ala bilmirmi? M.S.Ordubadi.
// Zahiri gözəllik. □ Dəbdəbə ilə - təmtəraqla, təntənəli surətdə. Müdir hündürdən və dəbdəbə ilə: - Yoldaşlar, - deyə iclasa müraciət etdi, - icazə verin, elmi şuranın iclasını açıq elan edim. Ə.Sadıq. Bir gün də dəbdəbə ilə balaca nəvəynən qabağına çıxacağıq. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|