
DAŞLIsif. 1. Daşı olan, çoxlu daş olan; içində daş, daş parçaları olan. Daşlı torpaq. Daşlı təpə. Bu düyü daşlıdır. - Eləmi daşlı yerlər; Torpaqlı, daşlı yerlər; Bu dünyada hələ var; Gözləri yaşlı yerlər. (Bayatı).
Daş döşənmiş, daşla örtülmüş. İki böyük qayanın arasındakı daşlı yoldan keçib düzənliyə çatdıqda yolçu oturdu. S.Rəhman. Paylaşın - Hamı bilsin
|