DAŞMAQf 1. Kənarlarından çıxaraq ətrafı basmaq (su haqqında). Kür daşmışdır.
Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çaya dönübdür. Qurbani. Çaylar daşıb sel olsun; Taxıllar tel-tel olsun. M.Ə.Sabir. Qabın tutumundan çox olduğuna görə kənarlarından aşıb tökülmək. Qoyun, quzu bir-birinə qarışar; Qulplu qazanlardan qatıqlar daşar. S.Vurğun. // Bərk qaynayaraq köpüb, qabarıb qabın kənarlarından axıb tökülmək (mayelər haqqında). Süd daşır. Samovar daşdı. məc. Bir şeyin çoxluğunu, bolluğunu bildirir (bu mənada çox vaxt “aşıb-daşmaq” şəklində işlənir). məc. Coşmaq, qızışmaq, hiddətlənmək, son dərəcə acıqlanmaq (bəzən “coşub-daşmaq” şəklində işlənir). Şişman adam coşdudaşdı, ağzı köpüklənərək: - Bu sözün sənə neçəyə mal olacağını bilmirsən, - [dedi] A.Şaiq. // Hədəqəsindən oynamaq (göz haqqında). O həddindən artıq acıqlandı, qan piyaləsinə bənzəyən gözləri daşmağa başladı. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|