
DAŞLAMAQf 1. Daş atmaq, daşa basmaq, daşla vurmaq. [Qədim:] Bir də qapımızda sağsağan qırıldasa, daşlayıb qovacağam. Ə.Haqverdiyev. [Qorxmaz:] Bu gün böyük bir izdihamın [Elxanı] söyərək, lənətlər sovuraraq daşladığını gördüm. C.Cabbarlı.
2. Bir şeyin üstünü daşla örtmək, üstünə daş döşəmək, yaxud daşla bərkitmək. Həyəti daşlamaq. Quyunun üstünü daşlamaq. [Cahan:] Heç olmasa, kəndin bir küçəsini də daşlamaq lazımdır. Ə.Haqverdiyev. Fərhadoğlu yerindən qalxıb çadırının yanyörəsini daşladı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|