
DAŞQIN1. is. Sahildən çıxan çay və ya dəniz suyunun qurunu, ətrafı basması; sel. Güclü yağışlardan sonra çayda daşqın əmələ gəlir.
sif. Yatağından kənara çıxan, ətrafı basan; daşmış. 0ux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq. İti axan daşqın çaylar onunla ayaqlaşa bilməyib geridə qaldı. Ə.Məmmədxanlı. sif məc. Coşqun, güclü, ehtiraslı. [Kərim baba] ..qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: - Qızılquş, balasını bu səslə çağırır, - dedi. A.Şaiq. Paylaşın - Hamı bilsin
|