DƏLLƏKis. [ər.] 1. Baş və üz qırxmaq peşəsi ilə məşğul olan adam; bərbər. Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. C.Məmmədquluzadə.
Köhnə məişətdə: baş və üz qırxmaqla yanaşı, qan almaq kimi ara həkimliyi işləri ilə də məşğul olan adam. Qətibə Atabəyin yatağının yanını kəsib oturmuşdu. Dəllək gəlib qan götürdü. M.S.Ordubadi. Hamamda kisəçəkən və masaj edən adam; kisəçi. məc. Haqverməz, haqkəsən, fırıldaqçı, başqasını aldadıb pulunu, şeyini əlindən alan adam haqqında. ..Adları bəy, özləri cibkəsənlər, dəlləklər, quldurlar... N.Vəzirov. Siz elə bilməyin ki, dəllək N. üzqırxan dəlləkdir, xeyr, o, cibqırxan dəlləkdir. “Kirpi”. □□ Dəllək kimi baş qırxmaq - aldatmaq, aldadıb əlindəkiləri almaq, aldadaraq vardövlətini ələ keçirmək. Dağılıb çöllərə açdı hərə bir növ kələk; Qırxdı xalqın başını hər biri misli-dəllək. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|