
DƏLLALLIQis. 1. Dəllallın işi, peşəsi; alverdə alanla satan arasında vasitəçilik. Muxtalə dəllallıq edən bir qadındır. M.S.Ordubadi. [İsmayıl:] Kərbəlayı Xəlil at dəllallığı eləyir, evi də Əmirxizdədir. P.Makulu.
2. Dəllalın vasitəçilik üçün aldığı haqq; dəllalhaqqı. Dəllallıq istəmək. Dəllallıq vermək. Dəllallıq haqqı. - Fəqət Xudayar xanın əmlakından qalxan tamam məhsulat mənim əlimlə satılır və bu satışın dəllallıq haqqı ildə neçə yüz min tümən edir. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|