DƏLMƏKf 1. Bir şeylə deşmək, dəlik açmaq, oymaq. Taxtanı dəlmək. Dəmiri dəlmək. - Ağacdələn öz yuvasını ağac koğuşlarında qayırır. Bunun üçün o, ağacda olan hazır koğuşlardan istifadə edir və ya qurumaqda olan ağacları dələrək, yekə koğuş açır.
// Deşib keçmək, dəlib keçmək. Güllə torpaq barını dəldi. - [Atakişi] lap yaxında, yol üstündə əyləşib odlu miskənə ilə rels dələn bir oğlanı dindirdi. Mir Cəlal. // Məc. mənada. Bir qələm əsrlik hicran yaratdı; Bir xalqı yarıya böldü qılınc tək; .. Dəldi sinəsini Azərbaycanın. B.Vahabzadə. Arasıra günəş işıqları [buludları] yarır və iti oxlar kimi göy qübbəsini dəlirdi. M.İbrahimov. 2. məc. Adətən “bağrmı”, “qəlbini”, “canmı” sözlərlə - mənən incitmək, ruhən əziyyət vermək. Yandırdı şövqün canımı; Dəldi fəraqın bağrımı. Nəsimi. Başıma mənim bir iş gəlibdir; Eşq atəşi ürəyimi dəlibdir. Xətayi. Zalım oğlu onu qoyub nişana; Dəlib ürəyini, boyayıb qana. Aşıq Ələsgər. Paylaşın - Hamı bilsin
|