DƏLİCƏSİNƏzərf 1. Dəli kimi, dəlilərə xas olan bir surətdə, özünü itirmiş halda. 'Dəlicəsinə hərəkət. Dəlicəsinə danışmaq.
Rəsul dəlicəsinə ayılıb gördü ki, qəbiristanlıqdadır. “Aşıq Qərib”. [Ayna:] Yoxsa sən mənim uşaqlarımı əlimdən alıb ərimə də göz dikirsən? - deyə dəlicəsinə qışqırırdı. S.Rəhimov. 2. məc. Hədsiz, coşqun bir surətdə, ehtirasla, son dərəcə. Mənim quş balasına olan məhəbbətimi oxuculara qələm ilə anlada bilməyəcəyəm. Bu kiçik məsum heyvanları dəlicəsinə sevirdim. A.Şaiq. Paylaşın - Hamı bilsin
|