
DƏZGAHis. [fars.] 1. Ağac, metal və başqa materialları emal edən və müxtəlif şeylər hazırlayan maşın. Deşmə dəzgahı. Toxuculuq dəzgahı. Qazma dəzgahı. - Kərim birbaş qazma dəzgahının yanında durmuş uzunboylu, sarışın adama yaxınlaşdı. M.İbrahimov. Son sistemli torna və deşmə dəzgahları yan-yana işləyirdi. Ə.Sadıq.
Üzərində ustaların iş gördükləri böyük masa. Dərzi dəzgahı. Çilingər dəzgahı. Xalça, palaz və s. toxumaq üçün qurğu; xana. Xalçalar hündür dəzgahlarda toxunur. Quruda qayrılan gəminin oturulduğu qurğu. // Bənnaların, suvaqçıların və b.-nın üstündə dayanıb işlədikləri taxtapuş. Topun, pulemyotun və b. ağır silahların gövdəsinin bənd edildiyi altlıq. Paylaşın - Hamı bilsin
|