
DOKTOR[lat.] 1. Həkim, təbib. Can doktoru. Uşaq doktoru. Doktor çağırmaq. Dedi: - Yanmış çörək yedim, doktor! Yediyim bir əlavə şey yoxdur. M.Ə.Sabir. [Rəşid:] Məlum şeydir ki, kənddə həkim, doktorzad tapılmaz. T.Ş.Simurq.
2. Doktorluq dissertasiyası müdafiəsi əsasında verilən yüksək elmi dərəcə və bu dərəcəni almış şəxs. Tarix elmləri doktoru. İncəsənət doktoru. Paylaşın - Hamı bilsin
|