İzahlı lüğət

DÖL

is. 1. Rüşeym, maya. Döl üçün ayrılan xınaquyruqlu qoçlar .. döyükmüş ətrafa baxırdılar. S.Rəhimov.
// Ana bətnində bala.
// Mayalanma, döllənmə dövrü.
□ Döl düşmək - ev heyvanlarının doğum vaxtı çatmaq. Döl salmaq - 1) doğub törəmək, törəyib artmaq. Dağın bir tərəfində kəkliklər döl salmışdır; 2) bitib artmaq, çoxalmaq, yayılmaq. Bu dağda cır alma yaman döl salmışdır.
Cins. Ərəb atı dölü. Qarabağ qoyunu dölü. - [Müsyö Jordan:] Hatəmxan ağa,.. bir ay bundan əvvəl Qarabağın əlyetməz dölündən köhlən at altında gəlib sizə qonaq olan xoşbəxt adam .. əgər Qarabağa gəlməyəydi, bu qədər dövləti haradan ələ salardı? M.F.Axundzadə.
// Döllük heyvan. Şən balalar, dağ gövdəli erkəklər; Bax, bu əsil, tosqun döllər bizimdir. A.Şaiq.
məc. Nəsil mənasında. [Güllü:] Abbasın dölünə nə deyəsən? S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed