
DADAŞis. Kiçik qardaş və bacıların böyük qardaşa verdikləri ad; böyük qardaşa müraciət. Bir gün gəldim, rəhmətlik dadaşıma dedim: - Dadaş, məni qoy dərsə. C.Məmmədquluzadə. [Əntiqə:] Dadaş, səsinə qurban olum! Mir Cəlal.
// Bəzən hörmət üçün, yaxud mehribanlıqla özündən böyüyə deyilir. Hacı Ramazan dadaşımızın fikrinə bir şey gəldi və ürəkdən dərin bir ah çəkdi. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|