İzahlı lüğət

DALDA

1. sif. Sığınmağa və ya gizlənməyə yarayan. Dalda yer. Dalda divar.
Kosa boşalmış küçənin dalda yeri ilə yeriyib at tövlələrinin yanına çatdı. S.Rəhimov. Aqil onu güclə ağaclar arasına, dalda bir yerə gətirdi. Mir Cəlal.
is. Qorunmağa, sığınmağa yarayan yer; sığınacaq, təhlükəsiz yer. Namərd adam dava günündə qaçar; Gedər daldalarda pəhləvan olar. “Koroğlu”. [Mahmud:] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır. Ə.Haqverdiyev.
// Gizli yer, xəlvət. Əgər yarsan, gəl sarmaşaq qol-boyun; Durub daldalardan baxmağın nədir? M.P.Vaqif. Oğrun-oğrun daldalardan baxırsan; Alırsan cəsəddən canı, sevdiyim! Aşıq Ələsgər.
is. məc. Kömək, arxa, himayə. Daldası olan adam. - Mərd igidlər bir-birinə daldadı. “Koroğlu”. Əzizim daldasına; Mərd igid daldasına; Namərd aslan olsa da; Sığınma daldasına. (Bayatı).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed