
DALDALANMAQf 1. Dalda bir yerə sığınmaq, çəkilmək, pənah aparmaq. Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə də getməyə qorxurdu. Çəmənzəminli. [Qadın] ..daldalanmaq üçün bir bucaq, sığınacaq axtarır. Ə.Məmmədxanlı.
// Özünü bir şeyin təsirindən qorumaq üçün bir yerə çəkilmək. Ağacın altında daldalanmaq. məc. Gizlənmək. Qapının dalında daldalanmaq. - Cəmalın görəndə daldalanır ay. Q.Zakir. Paylaşın - Hamı bilsin
|