DALĞAis. 1. Su səthinin hərəkəti nəticəsində əmələ gələn böyük ləpə. Dənizdə dalğa var. Köpüklü dalğalar. - Qabağındakı daşlara toxunan dalğaların hər birisi bir timsah şəklini aldı. M.S.Ordubadi. Burada dalğalar qayığı atıb-tutur, gah sağa, gah da sola tərəf dəyirdi. M.Hüseyn.
fiz. Fiziki mühitdə titrəyişli hərəkət (çox vaxt cəm şəklində işlənir). Səs dalğaları. Elektromaqnit dalğaları. Radio dalğaları. İşıq dalğaları. Hər bir cisim temperaturundan asılı olaraq, müxtəlif uzunluqda dalğası olan şüa buraxır. məc. Hərəkətdə olan kütlə, camaat, izdiham, axın mənasında. İnsan dalğası. dalğa-dalğa zərf Dalğalar halında, ardıkəsilməz axın halında, axın-axın, birbirinin ardınca. O xoşbəxt gecənin o xoşbəxt səsi; Axıb dalğa-dalğa yayıldı köyə. S.Vurğun. İşıq gəlir dalğa-dalğa; Sonsuz Muğan torpağına. M.Rahim. Paylaşın - Hamı bilsin
|