
DALĞALANDIRMAQf. 1. Dalğalı hala salmaq, dalğa kimi tərpətmək, ləpələndirmək. Suyu dalğalandırmaq. Dənizi dalğalandırmaq. - Vıyıldayan şiddətli küləkpambıq kollarını dalğalandırırdı... M.Hüseyn.
// Yelləndirmək, tərpətmək. Külək bayraqları dalğalandırır. 2. məc. Həyəcana gətirmək, hərəkətə gətirmək. İnqilab kütlələri dalğalandırdığı bir gündə, çay yenə də sükutunu pozmayır.. M.S.Ordubadi. Qoca əxinin sinəsi isə sanki bir bulaqdı; o daima qaynayır, o daima şirin xəyalını dalğalandırır. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|