
DALĞALANMAQf 1. Suyun üzərində dalğa əmələ gəlmək; ləpələnmək, təlatüm etmək. Dəniz dalğalanır. - Yağlanmış su dalğalandıqca, göy qurşağı kimi rəng verib rəng alırdı. M.Hüseyn.
Küləyin təsiri ilə dalğa kimi tərpənmək, enib-qalxmaq; yellənmək. Bayraqlar dalğalanır. - Göy yamacın ətəyində, kəndciyəz; Dörd yanında dalğalanır tarlalar. A.Şaiq. məc. Hərəkətə gəlmək, həyəcana gəlmək, coşmaq. Dalğalandı Sabirlərin ümman dünyası.. B.Vahabzadə. İnsan nərəsindən, yerin səsindən; Dalğalanır Bakı, çalxanır Xəzər. S.Vurğun. Paylaşın - Hamı bilsin
|