DALINCAzərf 1. Ardınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Bir-birinin dalınca getmək. Dalımca gəl. - Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. Məmmədquluzadə. Ülkərin dalınca Aygün də qalxdı; Əmirxan bu dəfə Əlyara baxdı. S.Vurğun.
Bilavasitə sonra, ardınca, ara vermədən. Birinci atəşin dalınca ikincisi eşidildi. Kitabı kitab dalınca oxuyur. Papirosu papiros dalınca çəkir. Məqsəd bildirir. Həkim dalınca adam göndərmək. - [Student] sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi. Çəmənzəminli. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|