DALMAQf 1. Görünməyəcək dərəcədə suyun içinə girmək, batmaq. Suya dalmaq.
Dəryalara mən dalanda; Şirin cana dərd salanda; Dava zamanı olanda; Əyilməz, sınmaz dəmirəm. “Koroğlu”. // Məc. mənada. Saçın kimi qıvrılan dalğalara dalaydım; Dalıb ilham alaydım. M.Müşfiq. // məc. Bir şeyin içində qərq olmaq. Qaranlığa dalmış şəhərə baxırdılar. Ə.Məmmədxanlı. məc. Özünü unutmaq dərəcəsində bir şeylə dərindən məşğul olmaq, bir şeyə başı qızışmaq (adətən, “fikrə”, “xəyala”, “sükuta”, “yuxuya” və s. sözlərə qoşularaq işlənir). Fikrə dalmaq. Sükuta dalmaq. - Bu gözəl mənzərənin seyrinə dalmaqdan isə; Daha xoşdur, gedib öz dərdimə dərman etsəm. A.Səhhət. [İsmət:] Keçən gecə bir xeyli fikrə daldım; Düşündüm, düşündüm, uyqusuz qaldım. H.Cavid. Paylaşın - Hamı bilsin
|