
DAMAQ1is. 1. Ağız boşluğunun üst tərəfi.
□ Damaq səsi dilç. - tələffüz edərkən dilin damağa toxunması nəticəsində çıxan səs. Damaq saitləri. Ağız mənasında. Usta papirosu damağına salıb başladı işini. C.Məmmədquluzadə. Qüdrət iri barmaqları arasındakı papirosu sakit-sakit övkələyib damağına qoydu. M.Hüseyn. bayt. At və eşşəkdə damaq şişmə xəstəliyi; kəsmə. Tez-tez tövləyə adam buraxma ki, at damaq olar. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|